Yamal ilin ən yaxşı gənc futbolçusu seçildi


“Barselona”nın və İspaniya millisinin 17 yaşlı hücumçusu Lamin Yamal “France Football”un versiyasına görə ilin ən yaxşı gənc futbolçusu seçilib.
Yeniavaz.com
xəbər verir ki, o, səsvermədə “Real Madrid”in yarımmüdafiəçisi Arda Güləri, “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Maynı, “Mançester Siti”nin vingeri Savinyonu və “Barselona”nın müdafiəçisi Pau Kubarsini qabaqlayıb.
Keçən il Yamal İspaniya millisinin tərkibində 2024-cü il Avropa Çempionatının qalibi olub. Onun komandası final matçında İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib. Yamal həmin matçda ilk qola ötürmə verib və bütün turnirin sonunda ən yaxşı gənc oyunçu seçilib.
Qeyd edək ki, 2024/25 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 14 oyun keçirib. Bu oyunlarda o, altı qol vurub və yeddi məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top