Qəzzada bu günə qədər ölən jurnalistlərin sayı 180-i keçdi


7 oktyabr 2023-cü ildən Qəzza zolağında davam edən hərbi əməliyyatlar nəticəsində ən azı 182 jurnalist həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti öz “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, son günlər iki media işçisi sektorda münaqişənin şiddətlənməsinin qurbanı olub.
Qəzza rəsmiləri jurnalistlərin ölümündə İsraili günahlandırıb. Fələstin tərəfinin fikrincə, İsrail Qəzzada baş verən hadisələrin obyektiv işıqlandırılmasının qarşısını almağa çalışır.
Sektorun Səhiyyə Nazirliyinin daha əvvəl açıqladığı son məlumatlara görə, 2023-cü ilin oktyabrından bəri anklavda ölənlərin ümumi sayı 42,924, yaralananlarən sayı 100,833 nəfər olub.
 

DİGƏR XƏBƏRLƏR

Top