“Mançester Yunayted” komandanın baş məşqçisi Erik ten Haqın vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə komanda rəsmi saytında məlumat verib.
“Erikə klubda olduğu müddətdə etdiyi hər şeyə görə minnətdarıq. Ona gələcəkdə ən yaxşısını arzulayırıq”, - klubun mətbuat xidməti yazıb.
Mətbuat xidmətinin məlumatına görə, “qırmızı şeytanlar”a müvəqqəti olaraq Rud van Nistelroy rəhbərlik edəcək.
Qeyd edək ki, Haq 2022-ci ilin aprelində “Mançester Yunayted”ə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2023-cü ildə Liqa Kubokunu və 2024-cü ildə İngiltərə Kubokunu qazanıb. Ötən yay hollandiyalı “Mançester Yunayted”lə müqaviləsini 2026-cı ilə qədər uzadıb. Amma klub yeni mövsümə son dərəcə zəif başlayıb - “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 14-cü yerdədir.