Paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yerləşən tunelə yağış suları dolub və bu səbəbdən tunelə nəqliyyat vasitələrinin girişi qadağan edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Xatırladaq ki, oktyabrın 22-də Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən bu tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb.