Çinli hakerlər ABŞ siyasətçilərinin zənglərini ələ keçirdilər – WP


Çinli hakerlərin Amerika siyasətçilərinin, o cümlədən Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın müşavirlərindən birinin telefon zənglərini dinlədiyi iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, hakerlərin Çin hökuməti ilə bağlı olduğu iddia edilən “Salt Typhoon” qrupu ilə əlaqəsi var.
Mənbələrin bildirdiyinə görə, onlar telefon danışıqlarının audio yazılarına, həmçinin şifrələnməmiş mətn mesajlarına daxil ola biliblər.
Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, ABŞ rəsmiləri hələ də nə qədər mesaj və yazının hakerlərin əlinə keçdiyini anlamağa çalışırlar.
Mənbələr həmçinin hesab edirlər ki, “Salt Typhoon”un digər hədəfi dövlət orqanlarından telekommunikasiya operatorlarına edilən telefon dinləmə sorğularına qanuni olaraq nəzarət edə bilən sistemdir.
Onlar hesab edirlər ki, məqsəd ABŞ Federal Təhqiqatlar Bürosu və digər kəşfiyyat agentlikləri tərəfindən təqib edilən şəxslərin müəyyən edilməsi ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top