G7 ölkələrinin liderləri Ukraynaya 50 milyard dollarlıq kreditin ayrılması barədə razılığa gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə G7-nin bəyanatında bildirilib.
“Kreditlər Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlər hesabına təmin ediləcək”, - bəyanatda qeyd edilib.
G7 liderləri həmçinin, bu ilin sonuna kimi kreditlərin verilməsinə başlamaq üçün kreditin necə təmin ediləcəyi ilə bağlı konsensus əldə etdiklərini bildiriblər.
“Kredit vəsaitləri Ukraynaya büdcə, hərbi və yenidənqurma yardımı üçün bir çox kanallar vasitəsilə bölüşdürüləcək”, - G7 liderləri əlavə edib.
Qrupun bəyanatında həmçinin qeyd edilib ki, maliyyə nazirləri bütün G7 tərəfdaşları arasında ardıcıllığı, koordinasiyanı, ədalətli bölgünü təmin etmək üçün texniki həll yolu üzərində razıllq əldə ediblər.