Güləşçimiz dünya çempionu oldu


Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatının qızıl medalını qazanıb.
Yeniavaz.com
xəbər verir ki, mundialın dördüncü günündə qadın güləşi üzrə millinin son 2 üzvü xalçaya çıxıb.
Jalə Əliyeva 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4. Növbəti mərhələdə isə həmyerlimiz türkiyəli Sevim Akbaşa heç bir şans verməyib – 10:0.
Güləşçimiz yarımfinalda amerikalı Sofiya Makalusonu üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.
O, finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha əvvəl yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.

DİGƏR XƏBƏRLƏR

Top