Gürcüstanda 3,2 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidməti məlumat yayıb.
Zəlzələnin episentri Dmanisi şəhərindən 11 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların mənbəyi 10 km dərinlikdə olub.
Episentrdə zəlzələnin gücü 4 bal olub.
Bildirilib ki, Ermənistanda 3 bal gücündə yeraltı təkanlar hiss olunub.