Ukrayna Prezidenti Volodimir Zelenski dünya təşkilatının inzibati rəhbərinin Kazanda keçirilən BRİKS sammitində iştirakından sonra BMT-nin baş katibi Antonio Quterreşin Ukraynaya səfərini rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” agentliyi Zelenskinin ofisindəki mənbəyə istinadla məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, baş katib sammitdən sonra Ukraynaya səfər etmək istəyib, lakin Kiyev bu təklifi qəbul etməyib.
“Buna görə də Quterreş burada olmayacaq”, - o, bildirib.