Rusiya Prezidenti Vladimir Putin amerikalı iş adamı İlon Maskla 2022-ci ilə qədər baş tutan yeganə söhbətindən sonra heç bir əlaqə saxlamayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə brifinqdə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib,
O, “The Wall Street Journal”ın müvafiq hesabatlarını ABŞ-dəki seçki mübarizəsi ilə əlaqələndirib.
“Bunların heç biri həqiqətə uyğun deyil, bunlar hamısı yalan məlumatlardır”, - Kreml nümayəndəsi qeyd edib.
“Putinin Maskla bir söhbəti olub. O da 2022-ci ildən əvvəlki telefon söhbətidir”, - Peskov əlavə edib.
Rusiya liderinin mətbuat katibinin qeyd etdiyi kimi, o zaman Putinlə Mask arasında söhbət daha çox informasiya xarakteri daşıyıb: onlar uzaqgörən texnologiyalar, gələcək üçün texnoloji həllər haqqında danışıblar.
“Bu, orta uzunluqlu bir telefon danışığı olub. Bundan sonra Maskın Putinlə əlaqəsi olmayıb və bununla bağlı bütün bəyanatlar yalandır”, - Peskov yekunlaşdırıb.