PKK Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü


Türkiyədə qadağan edilən və terrorçu kimi tanınan PKK oktyabrın 23-də Ankarada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Yeniavaz.com
"Sözcü" nəşrinə istinadla xəbər verir ki, bu barədə PKK-nın bəyanatında bildirilib.
Bəyanata görə, hücumu PKK-nın hərbi qanadı sayılan “Ölümsüzlər" batalyonunun silahlıları həyata keçirib.
Həmçinin, terror aktının uzun müddətə planlaşdırıldığı və Türkiyənin daxili siyasi hadisələri, xüsusən də hakimiyyətin kürd probleminin həlli təşəbbüsləri ilə əlaqəli olmadığı iddia edilir.
Qeyd edək ki, Ankarada oktyabrın 23-də Türkiyənin Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) istehsal obyektində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.
Xatırladaq ki, Türkiyə və PKK arasında münaqişə 1984-cü ildən davam edir. Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə təhdid hesab edir və onun ölkədəki tərəfdarlarına qarşı mütəmadi reydlər, Şimali İraq və Suriyada sərhədyanı əməliyyatlar həyata keçirir.

DİGƏR XƏBƏRLƏR

Top