Maskın sərvəti 33,5 milyard dollar da artdı – “Bloomberg”


Amerikalı milyarder İlon Maskın sərvəti “Tesla” avtomobil şirkətinin səhmlərinin qiymətinin 22% artması hesabına 33,5 milyard dollar artaraq, 270,3 milyard dollara çatıb.
Yeniavaz.com
“Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu, avtomobil istehsalçısının 2023-cü ilin yayından bəri ən böyük rüblük mənfəətidir.
Ardıcıl üçüncü il “Forbes” jurnalının ən varlı amerikalılar siyahısına başçılıq edən 53 yaşlı Mask indi reytinqdə ikinci olan “Amazon”un qurucusu Ceff Bezosu 61 milyard dollar qabaqlayır.
Üçüncü yerdə 181 milyard dollar sərvəti ilə “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq qərarlaşır.
Qeyd edək ki, Mask ABŞ prezidentliyinə seçkilərdə Donald Trampı dəstəkləyir. İyul ayından bəri sahibkar Respublikaçılar Partiyasının prezidentliyə namizədini dəstəkləyən siyasi komitəyə ən azı 75 milyon dollar töhfə verib. Tramp isə qalib gələcəyi təqdirdə Maskı administrasiyasında yüksək vəzifəyə təyin edəcəyini vəd edib.

DİGƏR XƏBƏRLƏR

Top