Sosial mediada “BakıKart” adı altında saxta səhifələr açılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında qeyd edilib.
Agentliyin bildirdiyinə görə, bu səhifələr “4 AZN ödəyərək 6 ay pulsuz istifadə” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.
“Təhlükəsizliyinizi qoruyun:
- Rəsmi “BakıKart” səhifələrini izlədiyinizə əmin olun.
- Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.
- Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.
Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq!
Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın!”, - deyə agentliyin məlumtaında qeyd olunub.