NATO-nun yeddi ölkəsi Ukraynanın alyansa üzvlüyünə qarşıdır – KİV


Bir sıra NATO ölkələri, o cümlədən ABŞ və Almaniya Ukrayna Prezidenti Volodimir Zelenskinin tələblərinə tabe olmağa və Rusiya ilə birbaşa münaqişə ilə bağlı onu dərhal alyansa dəvət etməyə hazır deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri adı açıqlanmayan dörd ABŞ və NATO rəsmisi və diplomatına istinadla məlumat yayıb.
Onların məlumatına görə, Almaniya və ABŞ Kiyevi bloka dəvət etməkdə ilk tərəddüd edənlər sırasındadır.
“Belçika, Sloveniya və İspaniya kimi ölkələr ABŞ və Almaniyanın mövqeyini izləyirlər və onlar da Ukraynanın NATO-ya üzv olmasını istəmirlər”, - deyə “Politico” alyansın adı açıqlanmayan nümayəndəsindən sitat gətirib.
O, həmçinin Macarıstan və Slovakiyanın da Ukraynanın üzvlüyünə qarşı olduğunu bildirib.
Nəşrin digər həmsöhbətinin sözlərinə görə, blok ölkələri Ukraynanın üzvlüyünü yalnız hipotetik şəkildə dəstəkləyir.
Qəzetin yazdığına görə, alyansın əsas üzvləri Rusiya ilə müharibəyə cəlb olunacaqlarından narahat olduqları üçün Kiyevi dəvət etməyi gecikdirir.
Politico-nun mənbəsinin sözlərinə görə, ABŞ Prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Aİ ölkələrinin əksəriyyəti yaxın gələcəkdə Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top