İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Beyrutun cənubunda “Al Mayadeen” telekanalının yerləşdiyi ofisə raket zərbəsi endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Onun məlumatına görə, hücum oktyabrın 23-ü axşam saatlarında baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu lokallaşdırıblar.
Telekanal qeyd edib ki, onun əməkdaşları hərbi əməliyyatlar başlayandan sonra ofisi tərk ediblər.