Kazanda keçirilən BRİCS sammitində iştirak edən liderlər rəsmi tədbirlər başa çatdıqdan sonra şam yeməyinə gediblər.
Yeniavaz.com xəbər verir ki, life.ru-nun müxbiri siyasətçilərin nə menyusunu öyrənib.
Beləliklə, qonaqlara seçim etmək üçün aşağıdakı yeməklər təklif olunur: nərə balığı ilə pelmeni və ya göbələkli varenik, tərəvəzli sudak balığı və ya tərəvəzli quzu baldırı və ya tərəvəzli lazanya. Həmçinin, hər kəsə ayrı-ayrılıqda kartoflu ənənəvi tatar xörəyi kıstıbıy təqdim olunacaq. Desert üçün almalı piroq və ya şokoladlı tort seçimi təqdim ediləcək.
İçkilərə “Krinitsa” şərab zavodunun rislinq və qırmızı şərab “Rivaj” daxildir.