Ukrayna BMT-nin baş katibi Antonio Quterreşi Kazanda keçirilən BRİCS sammitində iştirak etdiyi üçün “persona non-qrata” elan edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin “Kan” radiostansiyası məlumat yayıb.
“BMT-nin baş katibinin indi Ukraynada da “persona non-qranta” elan edilməsi tamamilə mümkündür”, - radiostansiya bildirib.
Qeyd edək ki, oktyabrın 23-də Quterreş BRİCS sammitinə gəlib. BMT-nin baş katibini Kazan şəhərinin Tukay Beynəlxalq Hava Limanında Tatarıstan Respublikası Dövlət Şurasının sədri Fərid Muxametşin qarşılayıb.
Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyi BRİCS sammitində iştirak etmək qərarına görə Quterreşdən inciyib.
Xatırladaq ki, daha öncə İsrail Quterreşi “persona non-qrata” elan edib.