Ərdoğan Rusiyaya səfərə getdi


Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan BRİKS ölkələri dövlət başçılarının toplantısında iştirak etmək üçün Rusiyanın Kazan şəhərinə gedib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan iki günlük səfəri çərçivəsində iştirakçı dövlət və hökumət başçıları ilə də ikitərəfli görüşlər keçirəcək.
Türkiyə Prezident ilə birgə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömər Bolat, Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun, milli kəşfiyyat təşkilatının (MİT) direktoru İbrahim Kalın da Rusiyaya səfər edib.

DİGƏR XƏBƏRLƏR

Top