“Hizbullah” Netanyahunun evinə hücuma görə məsuliyyəti üzərinə götürdü


Livanın “Hizbullah” hərəkatı İsrailin Baş naziri Benyamin Netanyahunun Təl-Əvivdəki şəxsi iqamətgahına edilən hücuma görə bütün məsuliyyəti öz üzərinə götürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, üç gün əvvəl “Hizbullah”a məxsus PUA Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahına hücum edib. Zərbə zamanı o, orada olmayıb və heç kim xəsarət almayıb.
“Sky News Arabia” mənbələri Netanyahunun Qeysəriyyədəki evində bombanın partladığını bildirib. Hücum zamanı şəhərdə hava hücumu sirenası səslənib. Qeysəriyyə səmasında İsrail helikopterini təqib edən pilotsuz təyyarə də görüntülənib.

DİGƏR XƏBƏRLƏR

Top