HƏMAS yeni liderinin adını açıqlamayacaq


Fələstinin HƏMAS hərəkatı gələcək liderinin adını açıqlamaq niyyətində deyil.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC telekanalı hərəkatın nümayəndəsinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, HƏMAS təhlükəsizlik baxımından yeni liderinin kimliyini açıqlamayacaq.
Gələn ilin martında baş tutacaq başçı seçkisinə qədər hərəkata 5 nəfərdən ibarət komitə rəhbərlik edəcək.
Məlumata görə, Sinvarın ehtimal olunan varisləri arasında Məhəmməd Dərvişa, Xəlil əl-Həyya, Məhəmməd Nazzal və Xalid Meşal var.

DİGƏR XƏBƏRLƏR

Top