“Aİ ölkələri münaqişədən sonra Ukraynada sülhməramlılar yerləşdirməlidir” – KİV


“ABŞ və ya NATO deyil, Aİ ölkələri münaqişə bitdikdən sonra Ukraynaya sülhməramlı qoşunlar göndərməli olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa nəşri məlumat yayıb.
Bu tezisi dəstəkləyən ABŞ-nin Yaponiyadakı keçmiş səfiri və Amerika Hudson İnstitutunun eksperti Kennet Vaynşteyn hazırda ABŞ və NATO nöqteyi-nəzərindən Ukrayna münaqişəsinin “Koreya ssenarisi” (ölkənin iki yerə bölünməsi və onların arasında silahsızlaşdırılmış zonanın yaradılması) ilə bitməsinin ən mümkün variantını müzakirə edir.
“Əgər Ukrayna ilə Rusiya arasında hərbisizləşdirilmiş zona olarsa, mən hesab edirəm ki, Aİ qoşunları orada olmalıdır. NATO və ya ABŞ deyil, bu aydın siqnal verəcək”, - Vaynşteyn deyib.
Nəşr həmçinin Avropa Parlamentinin Avropa Xalq Partiyasından olan adı açıqlanmayan üzvünə istinad edərək bildirib ki, o, münaqişədən sonra “Ukraynada avropalı sülhməramlılar məsələsinin ortaya çıxacağını” deyib.

DİGƏR XƏBƏRLƏR

Top