“Apple” dünyanın ən yaxşı neyron şəbəkəsini yaratmaq istəyir


“Apple” dünyanın ən qabaqcıl süni intellektini (AI) yaratmaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tim Kuk “Wall Street Journal”a (WSJ) müsahibəsində bildirib.
Kukun sözlərinə görə, “Apple”ın neyron şəbəkəsi artıq şirkətin texnologiyasının istifadəçiləri üçün ən yaxşısıdır, lakin ekspertlər süni intellektini təkmilləşdirdikdə, o, “dünyanın ən yaxşısı” olacaq.
“Məlum olduğu kimi, həqiqətən yaxşı bir neyron şəbəkəsi yaratmaq çox çətindir. Bu, çoxlu inteqrasiya tələb edir. Hər bir təfərrüatdan narahat olmaq lazımdır”, - Kuk izah edib.
Kuk “Apple” neyron şəbəkəsindən istifadə ilə bağlı təəssüratlarını da bölüşərək, bunun sayəsində xeyli vaxta qənaət etməyə başladığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top