Naxçıvanda 160 min çətənə kolu məhv edilib


Naxçıvanda 2 tona yaxın çətənə kolu yandırılaraq məhv edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında (MR) polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa rayonu ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 2 tona yaxın olan 160 min 625 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Qeyd edilib ki, həmin çətənə kolları yandırılaraq məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top