Mbappe 21-ci əsrdə PSJ-nin ən yaxşı oyunçusu seçildi


İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe 21-ci əsrin ən yaxşı “Paris Saint-Germain” futbolçusu seçilib.
Yeniavaz.com
xəbər verir ki, siyahını “Goal” jurnalı təqdim edib.
Mbappenin başçılıq etdiyi siyahıya 2000-ci ildən Paris komandasının rənglərini qoruyan 25 ən yaxşı futbolçu daxil edilib.
Bu reytinqdə ikinci yeri hücumçu Zlatan İbrahimoviç tutub. İlk üçlüyü isə braziliyalı Neymar tamamlayıb.
Qeyd edək ki, əfsanəvi Ronaldinyo reytinqdə 19-cu, Lionel Messi isə 23-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Mbappe 2024-cü ilin yayında azad agent kimi “Paris Saint-Germain”dən ayrılıb və “Real Madrid” lə müqavilə imzalayıb.
25 yaşlı fransalı hücumçu 2024/2025 mövsümündə Kral Klubunun tərkibində bütün turnirlərdə 12 matçda iştirak edib, səkkiz qol vurub və bir məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top