Banklar daşınmaz əmlak üçün nə qədər kredit ayırıblar? – Tam siyahı


Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda fəaliyyət göstərən 22 bank arasında ən çox daşınmaz əmlak krediti verən bank dövlət bankı olan “Beynəlxalq Bank” ASC (ABB) olub.
Yeniavaz.com
 xəbər verir ki, bu ilin ilk 9 ayında ABB tərəfindən verilən daşınmaz əmlak kreditlərinin həcmi 1 milyard 394,3 milyon manat olub.
ABB tərəfindən verilən daşınmaz əmlak kreditlərinin həcmi bu ilin 3-cü rübü ərzində 7,3% artıb.
İkinci sırada 610 milyon manat ilə “Kapital Bank” ASC yer alıb. “Kapital Bank”-ın daşınmaz əmlak kreditləri son 3 ayda 0,1% azalıb.
Ən az daşınmaz əmlak krediti ayıran bank “Bank Melli İran Bakı fililalı” olub. Bu bankın daşınmaz əmlak kreditlərinin həcmi cəmi 0,1 milyon manat olub.
Son 3 ayda daşınmaz əmlak kreditlərinin həcmini ən çox artıran bank isə “AccessBank” QSC olub. Bu bankın daşınmaz əmlak kreditləri bu ilin 3-cü rübündə 22,5%  artaraq 8,2 milyon manatadan 10,2 milyon manata yüksəlib.
Aşağıdakı cədvəldə bankların daşınmaz əmlak kreditlərinin həcmi və artım dinamikası göstərilib:

Banklar
2024-cü il
3-cü rüb

(mln. manat)
2024-cü il
2-ci rüb
(mln. manat)

Dinamika
AccessBank 10.2 8.3 22.5%
PAŞA Bank 210.6 172.1 22.4%
Ziraat Bank Azərbaycan 23.2 19.5 18.5%
Azərbaycan Sənaye Bankı 20.4 18.7 9.4%
Bank of Baku 46.6 42.9 8.6%
Bank Respublika 142.2 131.9 7.8%
ABB 1 394.3 1 298.9 7.3%
Yapı Kredi Bank Azərbaycan 46.9 44.2 6.3%
AFB Bank 70.4 66.3 6.1%
Rabitəbank 152.8 145.4 5.1%
Yelo Bank 81.7 77.9 4.9%
Premium Bank 74.9 71.5 4.8%
Bank VTB (Azərbaycan) 55.5 53.4 4.0%
Expressbank 112.3 108.8 3.2%
TuranBank 128.6 124.9 3.0%
Bank Avrasiya 57.5 55.9 2.9%
Xalq Bank 432.9 422.1 2.6%
Unibank KB 95.8 93.6 2.3%
Azər Türk Bank 189.2 185.4 2.1%
Bank BTB 189.3 189.4 0.0%
Kapital Bank 610.0 610.5 -0.1%
Bank Melli İran Bakı filialı 0.1 0.1 -34.1%

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top