Gömrük Komitəsi 59 min manata güllər alır


Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Flora Holland” MMC (VÖEN- 1405674931) olub.
Yeniavaz.com 
xəbər verir ki, Gömrük Komitəsi tenderin qalibi olan şirkətdən 58 min 500 manat dəyərində güllər, həmçinin əklil, səbət və buket kompozisiyası alacaq.
Qeyd edək ki, Gömrük Komitəsinin satın alacağı güllərin 2 min ədədi qızlgül, 5 min ədədi isə qərənfil olacaq.
Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 20 manat olan “Flora Holland” MMC-nin qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top