Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin həcmi 61 milyard 190,8 milyon dollar olub.
Yeniavaz.com xəbər verir ki, Neft Fondunun investisiya portfelindəki vəsaitlərin 67%-i və ya 40 milyard 998 milyon dollar dəyərindəki vəsait ABŞ dollarında saxlanılır.
İnvestisya portfeli aşağıdakı valyutaların payına düşür:
ABŞ dolları – 40 998 milyon dollar (67%)
Avro – 12 422 milyon dollar (20,3%)
Funt-sterlinq – 3 121 milyon dollar (5,1%)
Çin yuanı – 1 591 milyon dollar (2,6%)
Yapon yeni – 867 milyon dollar (1,4%)
Digər valyutalar – 2 203 milyon dollar (3,6%)
Məlumat üçün qeyd edək ki, ABŞ dollarında saxlanılan vəsaitlərin 10 milyard 844,9 milyon dolları qızıla investisiya edilib.
Elnur Əli