Bu ilin yanvar ayının 31-də dövlət qeydiyyatına alınan "BEFİT BAKU" MMC (VÖEN – 1406731221) nizamnamə kapitalını 2 dəfə artıraraq 50 manatdan 100 manata çatdırıb.
Yeniavaz.com xəbər verir ki, BEFİT BAKU" MMC-nin hüquqi ünvanı “Nəsimi rayonu, Neftçilər prospekti, ev.66.68, 5 MƏRTƏBƏ”də yerləşir.
Qeyd edək ki, qeyd olunan ünvanda yeni istifadəyə verilən “Crescent Mall” ticarət mərkəzi yerləşir.
Məlumat üçün bildirək ki, “BEFİT” fintes klubunun Özbəkistan Prezidentinin Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini və eyni zamanda prezidentin kürəkəni olan Otabek Umarova məxsus olduğu bildirilir. Özbəkistan mətbuatının məlumatına görə “BEFİT” fintes klubunun rəsmi sahibi Otabek Umarovun kiçik qardaşı Oybek Umarovdur. Oybek Umarov Özbəkistanın ən zəngin iş adamlarından biri hesab olunur.
Onu da bildirək ki, bu ilin sentyabr ayında "Crescent Mall" ticarət mərkəzinin 5-ci mərtəbəsində “BEFİT” fitnes klubunun açılışı olub. “BEFİT” fitnes klubunun açılışında Otabek Umarov və onun həyat yoldaşı - Özbəkistan Prezidentinin qızı Şahnaz Mirzoyeva iştirak ediblər.
Murad Məmmədov