Rusiya Prezidenti Vladimir Putin və Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradın nasist işğalçılarından azad edilməsinin 80 illiyi münasibətilə bir-birini təbrik ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin saytında iki ölkə liderlərinin telefon danışığından sonra məlumat verilib.
“Liderlər Belqradın faşist işğalçılarından azad edilməsinin 80-ci ildönümü münasibətilə bir-birini təbrik etdilər. 1944-cü ilin bu günündə Yuqoslaviya Xalq Azadlıq Ordusu hissələrinin iştirak etdiyi Sovet Ordusunun Belqrad hücum əməliyyatı başa çatıb. Bu, İkinci Dünya Müharibəsinin Balkanlarda son mərhələsinin əsas hadisələrindən biri idi.”, - məlumatda deyilir.
Vuçiç Rusiya Federasiyasının Serbiya ilə bağlı prinsipial mövqeyinə görə Putinə təşəkkür edib.
“Aleksandar Vuçiç Rusiyanın Serbiyanın ərazi bütövlüyünün təmin edilməsi məsələlərində tutduğu prinsipial mövqeyə görə Vladimir Putinə təşəkkür edib”, - bəyanatda deyilir.
Qeyd edilib ki, prezidentlər müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını təsdiq etdilər.