Şuşada 32 il sonra ilk körpə dünyaya gəldi – Fotolar


İşğaldan azad edildikdən sonra Şuşa şəhərində qurulan Modul Tipli Xəstəxanada ilk körpə dünyaya gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, Şuşa sakini, 1990-cı il təvəllüdlü Təranə Xamıyevanın dünyaya gətirdiyi ilk körpəsi qız övladıdır. Körpənin çəkisi 3,200 qr., boyu 54 sm. olub:
“Doğuş həkim-mama-ginekoloq Təranə Həsənova tərəfindən icra olunub.
Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir”.
 

DİGƏR XƏBƏRLƏR

Top