Taksidən istifadə edən sərnişinlərin sayı azalıb – Qiymətlər bahalanıb


Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda taksidən 61 milyon 379,9 min sərnişin istifadə edib.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, taksidən istifadə edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azalıb.
Məlumat üçün qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanda taksi nəqliyyatı xidmətində bir gedişin orta qiyməti 6 manat 60 qəpik olub. Ötən ilin eyni dövrü ilə müqayisədə taksi nəqliyyatı xidmətində bir gedişin orta qiyməti  1 manat 5 qəpik artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top