MDB-nin hansı ölkəsində daha çox cinayət qeydə alınır? – Siyahı


Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında qeydə alınan cinayətlərin sayına görə yalnız Tacikistan və Özbəkistandan öndədir.
Yeniavaz.com
açıqlanan rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, ötən il Azərbaycanda əhalinin hər 100 000 nəfərinə düşən qeydə alınan cinayətlərin sayı 363 olub.
Əhalinin hər 100 000 nəfərinə düşən cinayətlərin sayına görə Ermənistan ilk sırada yer alıb. Bu ölkədə əhalinin hər 100 000 nəfərinə düşən qeydə alınan cinayətlərin sayı 1 363 olub.
Qeyd edək ki, 2023-cü ildə MDB ölklərində əhalinin hər 100 000 nəfərinə düşən qeydə alınan cinayətlərin sayı aşağıdakı kimi olub:
Ermənistan – 1 363 cinayət
Rusiya – 1 331 cinayət
Moldova – 960 cinayət
Belarus – 930 cinayət
Qazaxıstan – 705 cinayət
Qırğızıstan – 591 cinayət
Azərbaycan – 363 cinayət
Özbəkistan – 286 cinayət
Tacikistan – 209 cinayət

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top