“Mançester Siti” “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonsonun yayda klubdan ayrılacağı təqdirdə Pep Qvardiolanın yerinə namizədliyini nəzərdən keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.
Məlumata görə, “Mançester Siti” rəhbərliyi artıq mövsümün sonunda müqaviləsi başa çatacaq Pep Qvardiolanı əvəz etmək üçün variantlar axtarmağa başlayıb.
Potensial namizədlər arasında əsas yeri Xabi Alonso tutur. Belə ki, Alonso 2024/2025 mövsümü başa çatdıqdan sonra Almaniya klubunu tərk edə bilər.
Namizədlər arasında “Sportinq” klubunun baş məşqçisi Ruben Amorim də var.
Qeyd edək ki, Qvardiola 2016-cı ilin yayında “Mançester Siti”yə baş məşqçi təyin olunub. Xabi Alonso ötən mövsüm “Bayer Leverkuzen”lə Bundesliqa və Almaniya Kubokunu qazanıb.