Müştərilər tərəfindən “Paşa Bank” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin əvvəli ilə müqayisədə bu ilin ilk 3 rübündə müştərilərin “Paşa Bank”dakı depozitləri 75 milyon manat azalıb.
Qeyd edək ki, hüquqi şəxslərin bankdakı depozitləri isə 6,7% və ya 356,8 milyon manat azalıb.
Oktyabr ayının əvvəlinə olan məlumata görə, fiziki şəxslərin “Paşa Bank”da 1 milyard 915,7 milyon, hüquqi şəxslərin isə 4 milyard 944,4 milyon manat depoziti olub.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 354,5 milyon manat olan “Paşa Bank”ın səhmlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə aiddir.
Elnur Əli