İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal “Tuttosport”un Avropada ilin ən yaxşı gənc futbolçusu – “Golden Boy”a verdiyi mükafata iddiaçılar siyahısında birinci olub.
Yeniavaz.com xəbər verir ki, ilk 5-liyə ispaniyalıdan başqa Fransa PSJ-sinin futbolçuları Joau Neves və Uorren-Zair Emeri, İngiltərə “Mançester Yunayted”inin yarımmüdafiəçisi Alexandro Qarnaço və Yamalın komanda yoldaşı müdafiəçi Pau Kubarsi də daxil olub.
Siyahıda Türkiyə millisinin üzvləri Arda Güler və Kenan Yıldız da var.
Qeyd edək ki, “Golden Boy” mükafatını 2023-cü ildə Cud Bellingem alıb. Beləliklə, o, “Real Madrid” tarixində ilk qalib olub.
Səsvermədə o, “Bavariya”dan Camal Musiala, “Bayer”dən Florian Virts və “Mançester Yunayted”dən Rasmus Heylund üzərində qələbə qazanıb.