İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəddə davam edən döyüşlər zamanı 5 hərbçinin öldüyünü bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Qolani” briqadasının beş hərbçisi - 24 yaşlı mayor Ofek Bahar, 23 yaşlı kapitan Elad Siman Tov, 22 yaşlı serjant Eliaşiv Eytan Vader, 21 yaşlı çavuş Yaakov Qillel və Yehuda Dror Yaxalom - Livanın cənubunda döyüşdə həlak oldular.
Həmçinin 9 əsgərin yaralandığı və müalicə üçün İsrail ərazisinə təxliyə edildiyi bildirilir.
Bu məlumatları nəzərə alsaq, İsrail ordusunun Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı ölən hərbçilərinin sayı 745 nəfərə çatıb.