“Sinvar Amerika kəşfiyyatının məlumatları sayəsində öldürülüb” – Sallivan


“HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Amerika kəşfiyyatı sayəsində Qəzza zolağının Rəfah şəhərində İsrail hərbçiləri tərəfindən öldürülüb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.
“ABŞ kəşfiyyatının köməyi ilə Sinvar da daxil olmaqla, HƏMAS-ın bir çox liderləri təqib olunub”, - Sallivan bildirib.
O əlavə edib ki, Sinvarı “oyundan çıxarmaq” üçün əsas uğur İsrail Müdafiə Qüvvələrinə məxsusdur, lakin Birləşmiş Ştatlar bu səfər boyu İDF-yə (İsrail Müdafiə Qüvvələri – red.) verdiyi dəstəkdən qürur duyur.
Sallivan həmçinin bildirib ki, Sinvarın öldürülməsi HƏMAS üçün inanılmaz zərbə olub, çünki o, təşkilata nəzarəti gücləndirmək üçün unikal mövqeyə malik olub:
“Onun ölümü həqiqətən də HƏMAS-a hamımızın görmək istədiyi qalıcı zərbə vurdu”.
Xatırladaq ki, İsrail ordusunun mətbuat xidməti oktyabrın 17-də bildirib ki, Qəzza zolağında “üç terrorçu” məhv edilib, onlardan biri HƏMAS siyasi bürosunun rəhbəri ola bilər. Hərbçilər daha sonra Sinvarın oktyabrın 16-da Fələstin anklavında keçirilən əməliyyat zamanı öldüyünü təsdiqləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top