Livanda 750 minə yaxın insan evini tərk edib


Döyüşlər və Yaxın Şərqdə vəziyyətin pisləşməsi səbəbindən Livanda 746 mindən çox insan evlərini tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi məlumat yayıb.
“BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı 2023-cü il oktyabrın 8-dən oktyabrın 14-nə olan məlumata görə, Livanda 746,6 min məcburi köçkünü qeydə alıb. Onlardan 188,2 min nəfəri 1059 sığınacaqda yerləşdirilib, onlardan 876-sı (83%) artıq maksimum yaşayış həddinə çatıb”, - sənəddə vurğulanır.
Beynəlxalq təşkilatın məlumatına görə, təkcə son üç həftə ərzində Livanda 400 min uşaq evlərini tərk edərək milli məktəb sistemi üçün əlavə çətinliklər yaradıb.

DİGƏR XƏBƏRLƏR

Top