Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi


Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalar siyahısını yenidən genişləndirərək, ona “Rusqazdobıça” şirkəti, 18 neft tankeri və 4 qaz tankeri əlavə edib.
Yeniavaz.com
xəbər verir ki, siyahının yenilənmiş variantı Krallığın Maliyyə Nazirliyinin saytında dərc olunub.
Sanksiyaya məruz qalan gəmilər arasında “Moskovski Prospekt”, “Suvorovski Prospekt”, “Marşal Vasilevski”, “Velikiy Novqorod”, “NS Bora”, “Atlas”, “NS Arctic”, “Callisto”, “SCF Baykal”, “SCF Samotlor”, “Eastern Pearl”, “Kudos Star”, “Sea Fidelity”, “Stratos Aurora”, “Turbo Voyager”, “Azure Celeste”, “Varuna”, “Sai Baba”, “Artemis”, “Antaeus”, “Mulan” və “Everest Energy” gəmiləri var.
Siyahıdakı gəmilərin Böyük Britaniya limanlarına daxil olması qadağandır və onların Böyük Britaniya Gəmi Reyestrində qeydiyyatı dayandırıla bilər.
Onlara texniki yardım göstərmək də qadağandır. Kapitanlar və pilotlar göstərilən gəmilərin saxlanılması barədə əmr ala bilərlər.
Krallığın Xarici İşlər Nazirliyi Rusiya neftini üçüncü ölkələrə daşıyan Rusiyanın “kölgə tanker donanması”na qarşı bu günə qədər ən böyük sanksiyalar paketinin qəbul edildiyini açıqlayıb.
Beləliklə, Britaniyanın məhdudiyyətlərinə məruz qalan gəmilərin sayı 43-ə çatıb. Nazirlik tankerlərin bir hissəsinin “Sovkomflot”a aid olduğunu iddia edir. Sanksiyaya məruz qalan qaz daşıyıcılarının sahibi “Rusqazdobıça” adlanır.

DİGƏR XƏBƏRLƏR

Top