Anar Məmmədlinin səhhətinin pisləşdiyi bildirilir


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin səhhətinin günü-gündən pisləşdiyi bildirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb.
“Onun müayinə olunması, analizlər alınması, yoxlanılması və müalicəsi ilə bağlı etdiyimiz müraciətlərin heç bir nəticəsi yoxdur”, - vəkil qeyd edib.
Xatırladaq ki, A.Məmmədli bu ilin aprel ayında saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top