Portuqaliya prokurorluğu Lissabonun “Benfika” futbol klubunu korrupsiyada ittiham edib və komandanın bütün turnirlərdən uzaqlaşdırılmasını tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.
Məlumata görə, ittiham e-poçt işi ilə bağlıdır. Klubun keçmiş prezidenti Luis Filipe Vieyra və keçmiş hüquq məsləhətçisi Paulo Qonsalves korrupsiya və vergi fırıldaqlarında ittiham olunurlar.
Prokurorluq “Benfika”nın 6 aydan 3 ilə qədər idman yarışlarında iştirakdan kənarlaşdırılmasını tələb edir.
Qeyd edək ki, Portuqaliya çempionatının cari mövsümündə “Benfika” 7 oyundan sonra 16 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. Çempionlar Liqasında komanda iki görüşdə iki qələbə qazanıb. “Benfika” çempionatda (38) və Portuqaliya kubokunda (26) qələbələrin sayına görə rekorda sahibdir. Lissabon komandası iki dəfə Avropa kubokunu (indiki Çempionlar Liqası) qazanıb.