Sentyabrdan Livanın səhiyyə sisteminə 23 zərbə endirilib


“17 sentyabr 2024-cü ildən bəri Livanda tibbi infrastruktura, personala və xəstələrə ən azı 23 hücum həyata keçirilib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilir ki, bu hücumlar zamanı 72 nəfər həlak olub, daha 43 nəfər yaralanıb:
“2024-cü il sentyabrın 17-dən etibarən İsrail və Livan arasında hərbi əməliyyatların artması zamanı ÜST Livanda səhiyyəyə 23 hücumu təsdiqləyib, nəticədə 72 nəfər ölüb, 43 tibb işçisi və xəstə yaralanıb”.
Qeyd edilib ki, 15 halda tibb müəssisəsinə, 13 halda isə tibbi nəqliyyata ziyan dəyib:
“Ölkədəki 207 ilkin səhiyyə məntəqəsi və dispanserindən 100-ü fəaliyyət göstərmir, 5 xəstəxana tamamilə, eyni sayda xəstəxana isə qismən evakuasiya edilib. ÜST səhiyyəyə hücumları dayandırmağa çağırır. Səhiyyə həmişə qorunmalıdır. Sülh yeganə həll yoludur”.

DİGƏR XƏBƏRLƏR

Top