Almaniyanın “Gesamtmetall” metallurgiya və elektrik sənayesi işəgötürənləri həmkarlar ittifaqı yaxın beş ildə 300 minə qədər iş yerinin ixtisar oluna biləcəyini təxmin edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Gesamtmetall”ın prezidenti Ştefan Volf “Funke” media qrupuna verdiyi müsahibədə bildirib.
“Növbəti beş il ərzində biz metallurgiya və elektrik sənayesində 250 mindən 300 minə qədər iş yeri itirə bilərik. Ancaq iş yerlərinin ixtisarına baxmayaraq, işçi çatışmazlığı olduğu üçün biz daha çox işləməli olacağıq”, - “Gesamtmetall”ın prezidenti qeyd edib.