Son 10 ildə Azərbaycanda qoyun və keçilərin sayı kəskin azalıb


Bu ilin oktyabr ayına olan məlumata görə Azərbaycanda 7 milyon 5,7 min baş qoyun və keçi olub.
Yeniavaz.com
 açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, qoyun və keçilərin sayı son bir ildə 3% və ya 217,5 min baş azalıb. Belə ki, 2023-cü ilin oktyabr ayında ölkədə 7 milyon 223,2 min baş qoyun və keçi olub.
Son 10 ilin oktyabr aylarında qeydə alınan qoyun və keçilərin sayı aşağıdakı kimi olub:
- 2015-ci il oktyabr ayında - 8 milyon 743,4 min baş
- 2016-cı il oktyabr ayında - 8 milyon 740,7 min baş
- 2017-ci il oktyabr ayında - 8 milyon 667,3 min baş
- 2018-ci il oktyabr ayında - 8 milyon 549,4 min baş
- 2019-cu il oktyabr ayında - 8 milyon 451,9 min baş
- 2020-ci il oktyabr ayında - 8 milyon 308,6 min baş
- 2021-ci il oktyabr ayında - 8 milyon 197,3 min baş
- 2022-ci il oktyabr ayında - 7 milyon 928,4 min baş
- 2023-cü il oktyabr ayında - 7 milyon 223,2 min baş
- 2024-cü il oktyabr ayında - 7 milyon 5,7 min baş

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top