Fələstindəki hərbi əməliyyatlar təxminən 14-20 milyard dollar dəyərində dağıntılara səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dünya Bankının (DB) prezidenti Acay Banqa çərşənbə axşamı “Reuters” agentliyinə müsahibəsində bildirib.
Banqanın qeyd etdiyi kimi, Dünya Bankının BMT və Aİ ilə birgə apardığı cari hesablamalara görə Fələstində əmlaka dəyən ziyan indi 14-20 milyard dollara yaxındır.
“Bu müharibənin iqtisadi ziyanı böyük ölçüdə onun nə qədər yayılmasından asılıdır. Əgər o, yayılmasa, bu, çox güman ki, qlobal iqtisadi sistemə daha az ziyan vuracaq”, - o bildirib.
Dünya Bankının rəhbəri müharibənin bölgəyə yayılacağı təqdirdə, bunun tamamilə fərqli bir problem olacağını, çünki o, həm valyuta, həm də faydalı qazıntılar baxımından dünya iqtisadiyyatına daha çox töhfə verən bölgələrə təsir edəcəyini bildirib.