Rusiya Azərbaycan və Gürcüstandan elektrik enerjisinin idxalını istəyib


Rusiya Azərbaycan və Gürcüstandan fövqəladə vəziyyət zamanı ümumilikdə 600 MVt həcmində elektrik enerjisi idxalının mümkünlüyü barədə soruşub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnter RAO”nun idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib.
“Bəli, biz iki ölkədən soruşduq: Azərbaycandan və Gürcüstana tədarük imkanı barədə soruşduq. Biz idxal imkanını nəzərdən keçiririk və fövqəladə vəziyyətlərdə iki qonşu enerji sisteminin imkanlarından istifadə etmək istəyirik”, - Panina deyib.
“Əgər fövqəladə vəziyyət yaranarsa, o zaman biz Sistem Operatorunun xahişi ilə iki enerji sisteminə - Gürcüstan və Azərbaycana müraciət edərdik ki, bizdə dəstək olsunlar, hər biri 300 MVt enerji ilə təmin etsin”, - Panina əlavə edib.
Onun sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ də cavab almayıb.

DİGƏR XƏBƏRLƏR

Top