““Benfika” futbol klubu korrupsiyada ittiham edilir” – KİV


Portuqaliya prokurorluğu Lissabonun “Benfika” futbol klubunu korrupsiyada ittiham edib və komandanın bütün turnirlərdən uzaqlaşdırılmasını tələb edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.
Bildirilir ki, ittiham “e-poçt işi” ilə bağlıdır:
“Klubun keçmiş prezidenti Luis Filipe Vieira və keçmiş hüquq məsləhətçisi Paulo Qonçalves korrupsiya və vergi fırıldaqlarında ittiham olunurlar. Prokurorluq “Benfika”nın 6 aydan 3 ilə qədər idman yarışlarında iştirakdan kənarlaşdırılmasını tələb edir”.
Qeyd edək ki, Portuqaliya çempionatının cari mövsümündə “Benfika” 7 oyundan sonra 16 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. Çempionlar Liqasında komanda iki görüşdə iki qələbə qazanıb. Klub çempionatda (38) və Portuqaliya kubokunda (26) qələbə sayına görə rekorda sahibdir. Lissabon komandası iki dəfə Avropa kubokunu (indiki Çempionlar Liqası) qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top