“Volvo”, “Polestar” və “Audi”ni telefonla açmaq olacaq


“Apple” “Wallet” proqramında “Volvo”, “Audi” və “Polestar” üçün rəqəmsal avtomobil açarlarına dəstək təqdim edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “MacRumors” portalı məlumat yayıb.
Bildirilib ki, “Car Key” (Avtomobil Açarı) “iPhone” və “Apple Watch” sahiblərinə cihazı sadəcə NFC oxuyucuya tutaraq kilidini açmaq, kilidləmək və avtomobillərini işə salmaq imkanı verəcək. Bununla belə, funksiya istehsalçı tərəfindən inteqrasiya edilməlidir, çünki avtomobillər yerli olaraq NFC ilə təchiz olunmur.
“Apple” 2022-ci ildə “Wallet” üçün “Car Key” təqdim edib. Bu funksiya hazırda BMW, BYD, “Hyundai”, “Kia”, “Lotus”, “Mercedes-Benz”, RAM və digərləri ilə işləyir. Bu ilin əvvəlində “Rivian”ın elektrik avtomobilləri R1T və R1S dəstək alıb. İndi siyahıya “Volvo”, “Audi” və “Polestar” avtomobilləri əlavə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top