Neymar meydana nə vaxt qayıda biləcək? – 1 ildir oynamır


“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar meydana qayıtmağa yaxındır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN.com.br məlumat yayıb.
Bildirilib ki, sentyabrda forvard yenidən klubla məşqlərə başlayıb.
Neymara yaxın adamlar onun oktyabrın 21-də “Əl Ayn”la oyunda meydana qayıdacağını proqnozlaşdırıb.
Qeyd edilib ki, oyunçunun qayıtması ilə bağlı yekun qərarı klubun baş məşqçisi Xorxe Jezus verəcək.
Xatırladaq ki, Neymar 2023-cü ilin oktyabrından bu yana oynamır. Futbolçunun Braziliya millisi ilə matçda diz bağları zədələnib.

DİGƏR XƏBƏRLƏR

Top