Mirzoyan İstanbulda “3+3” platformasının iclasında iştirak edəcək


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İstanbulda “3+3” regional platformasının iclasında iştirak edəcək.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN rəhbəri Hakan Fidan “3+3” platformasında üçüncü görüşün oktyabrın 18-də İstanbulda keçiriləcəyini bildirmişdi.
Xatırladaq ki, “3+3” platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur.
Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb.
Əvvəlki iki görüş 2021-ci ilin dekabrında və 2023-cü ilin oktyabrında müvafiq olaraq Moskva və Tehranda keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top